x

TƏKLİF AL

Sendviç panel qiymətləri

Sendviç panellərin qiymətləri

Tikinti sektorunda sendviç panellərin istifadəsi istilik xərclərini əhəmiyyətli dərəcədə azaldır. 

İnşaatda bu panellərin istifadəsi həm keyfiyyət, sürət, həm də qiymət baxımından olduqca əlverişli seçimdir. Sendviç panellər anbar, istixana, konteyner, zavod, fabrik, yarım fabrik evlər, soyuducu kameraları və başqa bu kimi tikililərdə istifadə oluna bilər. Bu panellərin bir sıra üstün cəhətləri vardır: səs izolyasiyası, həm oda, həm nəmə davamlıdır, yüngül çəki və geniş rəng imkanları. Sendviç panellərin sayəsində məkanlarınız qışda isti, yayda isə sərin olacaq.

UPS şirkəti Azərbaycanda sendviç panellərinin istehsalı sahəsində lider şirkətlərdən biridir.

Şirkətin çoxşahəli işlər arasında sendviç panellərin istehsalatı önəmli yer tutur. UPS şirkətinin təqdim etdiyi sendviç panellərinin qiyməti digər tikinti materiallarının qiyməti ilə müqayisədə olduqca əlverişlidir. Qiymət təklifi materialın qalınlığı və təyinatına (dam və ya divar örtüyü üçün) əsasən təyin olunur. 50, 60, 70, 100 mm qalınlıqda olan panelləri həm divar, həm də dam örtükləri üçün istifadə oluna bilər. Çıxıntılı və dalğalı olan örtüklərin qiymətləri dam üçün 32-48 AZN, divar üçün isə 29-45 AZN-dən başlayır.

UPS şirkəti istehsalatda yalnız ekoloji cəhətdən təhlükəsiz və yüksək keyfiyyətli xammaldan istifadə etməklə, sendviç panellərinin keyfiyyətinə zəmanət verir. Yüksək keyfiyyətin və müştəri məmnunluğunun təmin olunmasını prioritet seçməklə, şirkət istehlakçıların ehtiyaclarına cavab verən xidmətlər formalaşdırır.

Sizin də sendviç panellərdən tikmək istədiyiniz məkan varsa, bizə müraciət edin! UPS şirkətinin peşəkarlar komandası qiymətlə bağlı sizə konsultasiya təklif edir.