x

TƏKLİF AL

PANELLƏRİN QURAŞDIRILMASI

“Universal Procurement Service” MMC çox yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası və korroziyaya davamlılığı ilə seçilən sendviç panellərin satışı ilə yanaşı, onların quraşdırılmasını da həyata keçirir.
Divar və dam işlərini təcrübəli ustalardan ibarət komandamıza həvalə edə bilərsiniz.


QAZMA QURAŞDIRMA

Bu gün plastik məhsullar texnoloji yeniliklərlə birlikdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsi olaraq insanlar artıq məişətdə bir vaxtlar su çəkilişləri zamanı istifadə etdikləri metal borulardan daha ucuz, kimyəvi və təbii təsirlərə davamlı, asan istifadə oluna bilən plastik borulara üstünlük verməyə başlayıblar.
“Universal Procurement Service” MMC olaraq, boruların satışını həyata keçirməklə kifayətlənmirik, onların qazma-quraşdırma işlərini də reallaşdırırıq. Ən mürəkkəb şəbəkələrin qurulmasını icra edə biləcək peşəkar komandamız sizin layihələrinizi yüksək dəqiqliklə işləmək iqtidarındadır.
Şirkətimiz sənaye, mülki, kənd təsərrüfatı və digər sektorlarda boruların çəkilişini öhdəsinə götürə bilir. Mütəxəssislərimiz iri su kəmərlərinin, kanalizasiya xətlərinin, boru kəmərlərinin, xarici suötürmə sistemlərin və s. çəkilişini həyata keçirir. Həmçinin drenaj və digər sistemlərin quraşdırılmasını da təmin edirik.


QAYNAQ QURAŞDIRMA

Biz müxtəlif təyinatlı obyektlərin metal konstruksiyalarının hazırlanmasını və quraşdırılmasını həyata keçiririk.
Yaşayış və ofis binaları, stadionlar, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin inşasını “Universal Procurement Service” MMC-yə etibar edə bilərsiniz.
Şirkətimiz fermaların, siloların, yem ürütmə fabriklərinin, sexlərin, istixanaların, qazanxanaların və anbarların iri qabaritli ağır tikinti konstruksiyalarının hazırlanması və quraşdırılmasını reallaşdırmaq iqtidarındadır. Həmçinin bağçılıq və üzümçülük sektoru üçün də müvafiq xidmətlər təklif edirik.
Müxtəlif konstruksiyaların quraşdırılması, hazırlanması ilə yanaşı, boyanması və ya qaynar sinklənməsi prosesi də təşkil edirik.


TİKİNTİ

“Universal Procurement Service” MMC inşaat sektorunda da güvənə biləcəyiniz bir şirkətdir. Layihələrinizi müasir texnologiyalarla iş təcrübəsi olan peşəkar ustalardan ibarət komandamıza etibar edə bilərsiniz.Müvafiq lisenziya əsasında həyata keçirdiyimiz təmir və tikinti işləri qanunvericilikdə tələb olunan standartlara tam cavab verir. Təklif etdiyimiz qiymətlər vəsaitinizə, əməkdaşlarımızın operativliyi isə vaxtınıza qənaət etməyinizi təmin edəcək.Biz istənilən üslub və təyinatda obyektlərin, binaların, fərdi yaşayış evlərinin inşasını reallaşdıran zaman bütün işləri kompleks şəklində görürük və təhvil verdiyimiz layihələrin keyfiyyətinə zəmanət veririk.






İnşaat sektorunda təklif etdiyimiz xidmətlər:

  • Lahyihələndirmə
  • Dizayn
  • İsitmə və soyutma sistemləri
  • İzolyasiya
  • Santexnika
  • Elektrik
  • Dam örtükləri
  • Metal konstruksiyalar     
  • Hidrotexniki qurğular
  • Yanğın siqnalizatsiyaları
  • Mühafizə siqnalizasiyaları
  • Təhlükəsizlik kameraları